Xaricdə yaşayan bloggerlərin Azərbaycana gətirilməsi ilə bağlı Yenifikir.media-ya açıqlama verən sabiq millət vəkili Rüfət Quliyev bildirib ki, Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun Azərbaycana gətirilməsi məsələsi beynəlxalq hüquq normaları çərçivəsində həyata keçiriləcək. Onun sözlərinə görə, müvafiq ölkələrlə hüquqi əməkdaşlıq və ekstradisiya mexanizmləri vasitəsilə adıçəkilən şəxslərin Azərbaycana təhvil verilməsi prosesi davam edir.
Rüfət Quliyev qeyd edib ki, ölkə qanunvericiliyini pozan, dövlətin suverenliyinə və ictimai sabitliyinə qarşı yönəlmiş fəaliyyətlərlə məşğul olan hər bir şəxs – harada yaşamasından asılı olmayaraq – gec-tez ədalət qarşısında cavab verəcək. Onun fikrincə, Azərbaycan dövləti hüquqi dövlət prinsiplərinə əsaslanaraq qanunun aliliyini təmin etməkdə israrlıdır və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparır.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

