Misirin paytaxtı Qahirənin şərqində yerləşən Arabella Plaza ticarət mərkəzində helium balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yaralananların hamısı tibb müəssisələrinə çatdırılıb.

Misirin Daxili İşlər Nazirliyi də hadisənin hədiyyə satışı ilə məşğul olan mağazada baş verdiyini təsdiqləyib. Partlayışdan sonra mağazada yanğın baş verib və yanğın artıq tam söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl Yeqoryevskdə yaşayış binasında qaz partlayışı nəticəsində bir nəfərin öldüyü bildirilmişdi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir