Çində eksperimental qatar cəmi 5,3 saniyəyə 800 km/saat sürətə çatıb. Bu barədə The Independent məlumat yayıb.
Sınaq yürüşü Hubey əyalətində yerləşən, uzunluğu 1 kilometr olan xüsusi trasda keçirilib.
Qatar maqnit sahələrinin köməyi ilə hərəkət edir. Vaqonlar relslərin üzərində sanki “havada qalır”, nəticədə sürtünmə qüvvəsi demək olar ki, sıfıra enir. Bu sınaq son altı ay ərzində bu texnologiya üzrə əldə edilən üçüncü dünya nailiyyəti olub.
Ötən ilin iyununda qatar 7 saniyəyə 650 km/saat sürət yığmışdı. Daha sonra mühəndislər nəticəni əvvəlcə 700, ardınca isə 798 km/saata çatdırıblar.
Hazırda bu texnologiya sərnişin daşınması üçün nəzərdə tutulmayıb. Alimlər əldə olunan nəticələrdən gələcəkdə, o cümlədən raket və qırıcı təyyarələrin buraxılış sistemlərinin hazırlanmasında istifadə etməyi planlaşdırırlar.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyada sərnişin qatarının qəzaya uğradığı yerdən görüntülər yayılmışdı.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

