AMEA – nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstututunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türkoloji Qurultayın 100 illik yubileyilə bağlı “ Xatirə nişanı” ilə təltif olunub.Vüqar Əhməd Turan Elmlər Akademiyasının akademiki, Turanın Xalq Şairi, Türkiyənin “ Söz” və Uluslararası Elmlər Akademiyalarının üzvüdür. Türkiyədə və Orta Asiyada mütamadi elmi- bədii əsərləri çap olunur, konfranslarda iştirak edir. Haqqında Qırğızıstan Televiziyasında 40 dəqiqəlik film nümayiş olunur. İstanbul və Karsda yaradıcılıq görüşləri olub. Ankarada və Bakıda akademik İsa Həbibbəylinin redaktorluğu ilə türk ədəbiyyatı ilə bağlı monoqrqfiyası çap olunub. Türkiyənin bir neçə nüfuzlu dərgisinin redaksiya heyətinin üzvüdür.

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

