Türkiyəli məşhur aparıcı və aktrisa Pınar Altuğ sosial mediada ondan 500 min lirə istəyən izləyicisinin mesajını paylaşaraq sərt reaksiya verib.

İzləyicisinin bu tələbi qarşısında təəccübünü gizlətməyən Altuğ belə yazıb:
“Mən də bir neçə milyona yox demərəm, verəcək biri varsa. Ya saymağı unutmuşuq, ya da yavaş-yavaş dəli oluruq. Bunun başqa izahı ola bilməz.”
Altuğun paylaşımı sosial mediada da gündəm olub. Bir çox istifadəçi onun reaksiyasını dəstəkləyərək izləyicinin istəyini “elektron dilənçilik” adlandırıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

