AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunin XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Asif Rüstəmlinin transfoneliterasiya etdiyi “Milli nəğmələr” kitabı işıq üzü görüb.

Poeziya toplusunun elmi redaktoru professor Solmaz Rüstəmova-Tohidi, transfoneliterasiya redaktoru isə Səhra Rzalıdır. Zaur Hüseynovun layihə rəhbərliyi ilə nəşr olunan kitab ilk dəfə 1919-cu ildə Mirzəzadə tərəfindən tərtib edilərək çap edilib.

Nəşri ərsəyə gətirən, kitabı ərəb qrafikasından müasir əlifbaya çevirən, lüğət və qeydləri hazırlayan, həmçinin “Cümhuriyyət ərməğanı” adlı geniş ön sözün müəllifi filologiya elmləri doktoru Asif Rüstəmlidir.

208 səhifədən ibarət almanaxda Azərbaycan və türk ədəbiyyatının seçilmiş şeir nümunələri yer alıb. Toplunun ön sözündə Azərbaycanın hazırkı dövlət himninin ilk çap mətni hesab olunan Cəmo bəyin “Vətən marşı” əsəri ətraflı təhlil edilib, müəlliflə bağlı indiyədək mübahisə doğuran məqamlara aydınlıq gətirilib.

“Zərdabi-Nəşr” nəşriyyatında çap olunan kitabda anonim şəkildə təqdim edilmiş 22 şeirin müəllifi müəyyənləşdirilib. Eyni zamanda, nəşrin ərəb qrafikalı orijinal variantı da yeni kitaba əlavə edilib.

Qeyd edək ki, “Milli nəğmələr” toplusu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbi-mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumatı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnar Səma təqdim edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir