Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahirə Hüseynova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub.
Təltif professor Mahirə Hüseynovanın ölkənin ictimai həyatında və pedaqoji sahədə uzunillik səmərəli elmi fəaliyyəti, eləcə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşkili istiqamətində göstərdiyi xidmətlərə görə təqdim edilib.

Qeyd edək ki, Mahirə Hüseynova Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlıq edərək gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə mühüm töhfələr verib.
Professor Mahirə Hüseynova uzun illərdir elm və təhsil sahəsində fəaliyyət göstərir, Azərbaycan elminin və pedaqoji fikrinin inkişafında yaxından iştirak edir.
Mahirə Hüseynovanı bu münasibətlə Yenifikir.media adından təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

