Azərbaycan Respublikası Milli Məclisinin İctimai Birliklər və Dini Qurumlar Komitəsi tanınmış jurnalist, “Veysəloğlu Şirkətlər Qrupu”nun Mətbuat xidmətinin rəhbəri Məhəmmədəli Qəriblini 50 illik yubileyi münasibətilə rəsmi təbrik edib.

Komitənin sədri Fazil Mustafanın imzası ilə ünvanlanan məktubda Məhəmmədəli Qəriblinin uzun illər ərzində Azərbaycan jurnalistikasının inkişafına, peşəkar media ənənələrinin formalaşmasına, məsuliyyətli informasiya siyasətinin təşviqinə və korporativ kommunikasiya sahəsində gördüyü işlər yüksək qiymətləndirilib.

Təbrik məktubunda vurğulanıb ki, Məhəmmədəli Qəribli müxtəlif nüfuzlu media orqanlarında jurnalist, redaktor və baş redaktor kimi qazandığı zəngin təcrübəni sonrakı dövrdə korporativ kommunikasiya sahəsində uğurla davam etdirərək media ilə biznes ictimaiyyəti arasında sağlam əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfələr verib.

Sənəddə onun analitik yazıları, araşdırmaları, peşə etikasına sadiqliyi, obyektiv mövqeyi və milli maraqlara həssas yanaşmasının media cameəsində xüsusi rəğbətlə qarşılandığı da qeyd olunub.

Komitə sədri Fazil Mustafa yubiley münasibətilə Məhəmmədəli Qəribliyə möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.

Qeyd edək ki, Məhəmmədəli Qəribli bundan əvvəl “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub. O, həmçinin Azərbaycan Mətbuat Şurası tərəfindən 50 illik yubileyi münasibətilə diplomla mükafatlandırılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir