Argentina millisinin və Inter Miami CF klubunun ulduzu Lionel Messinin böyük oğlu Tyaqo Messinin futbol karyerasını İspaniyada davam etdirəcəyi bildirilir.

İspaniya mətbuatının yaydığı məlumata əsasən, Tyaqo Messi 14 yaşını tamamladıqdan sonra FC Barcelonanın U-14 komandasına qoşulacaq. Bildirilir ki, o, hazırda təhsil aldığı “İnter Mayami” akademiyasından ayrılaraq Kataloniya təmsilçisinin aşağı yaş qruplarında çıxış edəcək.

Məlumatda qeyd olunur ki, “Barselona” rəhbərliyi bu keçidlə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Xatırladaq ki, Lionel Messi üç oğul atasıdır. Onun övladları Tyaqo, Mateo və Ciro futbola maraq göstərir və bu idman növü ilə peşəkar şəkildə məşğul olurlar.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir