28 yaşlı Paris Cekson, atası Maykl Ceksonun məşhur “Neverland” malikanəsində uşaqları üçün tətbiq olunan məhdudiyyətlərdən danışıb. O, xatirələrini “Call Her Daddy” podkastında bölüşüb.Maykl Cekson 1988-2005-ci illərdə bu malikanədə yaşayıb. Peter Penin uydurma ölkəsinin şərəfinə adlandırılan Neverland ərazisində kinoteatr, dönmə çarxı olan əyləncə parkı, göl, dəmiryol stansiyası və lama, şimpanze kimi heyvanların saxlanıldığı zoopark yerləşirdi.

Lakin Parisin sözlərinə görə, Maykl Ceksonun öz uşaqlarına malikanədəki bu əyləncələrdən istifadə etmək qəti şəkildə qadağan edilmişdi.

“Bizə açıq şəkildə deyilmişdi ki, bütün attraksionlar bizim üçün deyil. Onlar Disneylendə gedə bilməyən aztəminatlı ailələrin sağalmaz xəstə uşaqları üçün nəzərdə tutulub”, – Paris deyib.

O hesab edir ki, bu qadağa onun tərbiyəsinə müsbət təsir edib və düzgün insan kimi böyüməsinə kömək göstərib.

Paris və böyük qardaşı Prins Maykl Ceksonun Debbi Rou ilə nikahından dünyaya gəlib. Müğənni 1996-cı ildə Elvis Preslinin qızı Liza-Mari Preslidən boşandıqdan sonra keçmiş tibb bacısı ilə evlənib. Onların nikahı 1999-cu ildə pozulub.

Ceksonun kiçik oğlu Blanket 2002-ci ildə dünyaya gəlib və ona Prins Maykl Cekson II adı verilib. Onun anası barədə məlumat açıqlanmayıb.

2019-cu ilin martında HBO “Neverlanddan ayrılmaq” adlı sənədli filmi təqdim edib. Filmdə uşaqlıqda Maykl Ceksonun malikanəsində olmuş iki kişi müğənnini uşaqlara qarşı cinsi zorakılıqda ittiham edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir