Berlin polisi ballistik sınaqlardan uğursuz keçən 5,2 mindən çox IV sinif qoruyucu zireh lövhəsini istifadədən çıxarmaq qərarına gəlib. Bu barədə Bild hüquq-mühafizə orqanlarının daxili sənədlərinə istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, qərara səbəb Mellrixştadtda keçirilən ballistik sınaqların uğursuz nəticələnməsi olub.

Yoxlamalar zamanı sözügedən qoruyucu elementlərin əvvəl vəd edilən təhlükəsizlik səviyyəsini təmin etmək qabiliyyətini itirdiyi müəyyənləşib.

Qadağa 2017-ci ildə Almaniyanın müdafiə şirkəti Rheinmetall tərəfindən istehsal olunan KINS.0087 D T04 C01 model keramika lövhələrinə şamil edilib. Ümumilikdə 5,2 min ədəd zireh lövhəsi dövriyyədən çıxarılır.

Bu lövhələr daha əvvəl polis əməkdaşları tərəfindən ov tüfəngi və ya avtomatik silahla silahlanmış cinayətkarlara qarşı keçirilən əməliyyatlarda istifadə olunurdu.

Xatırladaq ki, daha əvvəl Berlindəki supermarketdə bir kişinin qadını girov götürdüyü bildirilmişdi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir