Çinin Lixiang L6 markalı hibrid yolsuzluq avtomobili Moskva vilayətində şarj edilərkən yanıb.Hadisə Şelkovoda yerləşən «Varejki 3» kottec qəsəbəsində baş verib. Avtomobilin sahibi həmin vaxt yaxınlıqda olmayıb. Yanğın nəticəsində avtomobilin damı, salon tavanı, oturacaqları, cihaz paneli və mühərrik bölməsi yanıb.
İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub. Avtomobilin 10 ay əvvəl rəsmi dilerdən 4,7 milyon rubla alındığı bildirilir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

