Türkiyənin Kayseri şəhərinin Talas rayonunda bir şəxs otel otağında mübahisə etdiyi qadını 5-ci mərtəbədən aşağı atıb.Otelin asma mərtəbəsinə düşən 28 yaşlı Selin Gökhan həyatını itirib. Şübhəli şəxs polis tərəfindən saxlanılıb.Hadisə Mevlana məhəlləsi Karasu küçəsində yerləşən 14 mərtəbəli oteldə baş verib. Məlumata görə, 30 yaşlı N C Ş . ilə Selin Gökhan arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb.
Mübahisənin davaya çevrilməsindən sonra N C .Ş. qadını 5 -ci mərtəbədən aşağı atıb\. Daha sonra isə asma mərtəbəyə düşən qadının üzərinə otaqdakı əşyaları da atıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər göndərilib.Tibbi heyətin müayinəsi zamanı Selin Gökhanın həyatını itirdiyi müəyyənləşib.
Polis əməkdaşları tərəfindən saxlanılan N C Ş. barəsində araşdırma aparılır. Hadisə yerində və qadının düşdüyü asma mərtəbədə müvafiq araşdırmalar keçirilib.Selin Gökhanın meyiti yarılma aparılması üçün morqa göndərilib.
Hadisə ilə bağlı istintaq başlanılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


