Ukraynanın “Şaxtyor Donetsk” klubunun prezidenti Rinat Axmetov ölkəsinə göstərdikləri dəstəyə görə baş məşqçi Arda Turan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Klub prezidenti yeni mövsüm öncəsi komandanın hazırlığı, transfer çalışmaları və qarşıdakı hədəfləri müzakirə etmək üçün baş direktor Serhii Palkin, idman direktoru Darijo Srna və baş məşqçi Arda Turanla görüşüb.

Klubun rəsmi sosial media hesabında yayımlanan videoda Rinat Axmetov Arda Turana müraciətlə bildirib:

“Bütün ukraynalılar kimi raket və bomba səsləri altında oyanaraq yenidən burada olduğunuz üçün sizə bir daha səmimi təşəkkür edirəm. Siz eyni zamanda türk xalqını da təmsil edirsiniz. Türkiyənin, türk xalqının və Prezident Rəcəb Tayyib Ərdoğanın bizi dəstəklədiyini bilirik.

Düşünürəm ki, Ukrayna öz qətiyyətini qoruyacaq və ədalətli, davamlı sülhə nail olacaq. Mən bunu sadəcə düşünmürəm, Ukraynanın ədalətli və davamlı sülhə qovuşacağına əminəm. Bir daha təşəkkür edirəm”.

Qeyd edək ki, ötən mövsüm Ukrayna çempionu olan “Şaxtyor Donetsk” yeni mövsümə üç oyunda üç qələbə ilə başlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir