İran Baş Qərargah rəisi general-mayor Abdullah Abdullahi Körfəz ölkələrini ABŞ-ın İrana qarşı mümkün hərbi fəaliyyətlərinə dəstək verməməyə çağırıb.

Abdullahi bildirib ki, ABŞ hərbi qüvvələrinə göstəriləcək istənilən yardım və yaradılacaq hər hansı imkan ABŞ ordusu ilə əməkdaşlıq kimi qiymətləndiriləcək.

O, Körfəz ölkələrinin ərazilərinin İrana qarşı istifadə edilməsinə icazə verməyəcəklərini açıqlamasına baxmayaraq, bölgədəki vəziyyəti yaxından izlədiklərini deyib.

İranlı general xüsusilə bölgədəki hərbi bazalarda çoxsaylı ABŞ təyyarələrinin, o cümlədən havada yanacaq dolduran təyyarələrin olmasına diqqət çəkib.

Abdullahi Körfəz ölkələrindən İrana qarşı mümkün ABŞ əməliyyatlarında heç bir formada Vaşinqtona dəstək verməməyi tələb edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir