“Qalatasaray” Aleksey Batrakovun transferində “Lokomotiv Moskva” ilə razılığa gəlib. 20 yaşlı rusiyalı yarımmüdafiəçinin transferi üçün İstanbul klubunun 25 milyon avro ödəyəcəyi bildirilir. Batrakovun yaxın iki gün ərzində Türkiyəyə gələcəyi gözlənilir.Bununla yanaşı, Mario Lemina ilə yolların ayrılması gündəmdədir. İddiaya görə, baş məşqçi Okan Buruk futbolçunun satılmasına razılıq verib və rəhbərlikdən yeni yarımmüdafiəçi tələb edib.
32 yaşlı Lemina 2025-ci ildə “Vulverhempton”dan 2,5 milyon avroya transfer olunub və müqaviləsi 2028-ci ilə qədərdir. Onun nümayəndəsinin yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəyi gözlənilir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

