Putinin təyyarəsi ABŞ hava məkanına daxil olub

Rusiya Prezidenti Vladimir Putinin olduğu xüsusi təyyarə ABŞ hava məkanına daxil olub. Onun uçuşunu Flightradar-da 146 mindən çox insan izləyir. Dmitri Peskovun məlumatına görə, təyyarə yerli vaxtla 11:00-da (Moskva vaxtı ilə 22:00) Ankoricdə enəcək. Hava limanında Putini ABŞ Prezidenti Donald Tramp qarşılayacaq.

15 avqustda Putin və Trampın Alyaskada, Ankoricdəki Elmendorf-Riçardson birgə hərbi bazasında sammiti keçiriləcək. Görüş təkbətək söhbətlə başlayacaq, mövzu Ukrayna münaqişəsinin uzunmüddətli sülh həllidir.

Rusiya heyətində Sergey Lavrov, Yuri Uşakov, Andrey Belousov, Anton Siluanov və Kirill Dmitriev var. ABŞ tərəfindən Marko Rubio, Skott Bessent, Hovard Latnik, Con Retkliff, Pit Hegset və Den Keyn iştirak edəcək.

Bundan əvvəl Ankoricdən ABŞ-ın uzaqmənzilli radiolokasiya təyyarəsi havaya qalxıb.

Yenifikir.media