“Tesla” şirkəti baş direktor İlon Maskın ümumi dəyəri 29,6 milyard dollar olan səhm mükafatı almasını rəsmi olaraq təsdiqləyib. Bu barədə ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən sənədlərdə qeyd olunur.

Sənədlərdə bildirilir ki, 2019-cu ildən qüvvədə olan təşviq planı çərçivəsində Mask üçün 96 milyon məhdud dövriyyəli səhm ayrılıb.

Həmçinin qeyd olunur ki, bu mükafat Mask yalnız şirkətin rəhbərliyində qalacağı təqdirdə – yəni növbəti iki il ərzində vəzifəsini davam etdirdiyi halda – əldə oluna bilər. Şirkət hesab edir ki, bu qədər böyük həcmdə mükafat Maskın postunda qalmasını təmin edə bilər, çünki onu saxlamaq “hazırda hər zamankından daha vacibdir”.

Bundan əvvəl məlumat verilmişdi ki, 2025-ci ilin birinci yarısında Mask siyasi təşəbbüslərə 45 milyon dollardan çox sərmayə yatırıb. Digər tərəfdən, “Tesla”nın həmtəsisçilərindən biri Martin Eberhard Maskı tənqid edərək “Cybertruck” modelini “zibil qutusu” adlandırıb.

Bundan əlavə, məlumatda o da qeyd olunur ki, sahibkarlıq etdiyi şirkət antropomorf robotu “Optimus”un reklam kampaniyasında ukraynalı OnlyFans modeli Anna Maligondan istifadə edib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir