Özbəkistan və Azərbaycan iqtisadi-ticari, investisiya və nəqliyyat əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirmək, həmçinin energetika və turizm sahələrində qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir.525.az xəbər verir ki, bu barədə “Euronews”un məqaləsində deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan liderinin dövlət səfəri çərçivəsində Daşkənddə danışıqlar aparıblar. Liderlər ikitərəfli əlaqələrin gələcək inkişafını müzakirə ediblər və uzunmüddətli əməkdaşlığın əlaqələndirilməsi üçün 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuranın üçüncü iclasını keçiriblər.

Dövlət başçıları Əbədi dostluq haqqında Müqavilə imzalayıblar. Sənəd İ.Əliyevin Özbəkistana ikigünlük dövlət səfərinin əsas nəticələrindən biri olub.

Danışıqlardan sonra jurnalistlər qarşısında çıxış edən Ş.Mirziyoyev Azərbaycanı etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət adlandırıb.

Əsas hədəflərdən biri 2030-cu ilə qədər ikitərəfli ticarətin həcminin 1 milyard dollara çatdırılması olub. Daşkəndə səfərindən əvvəl Özbəkistanın “UzA” dövlət informasiya agentliyinə verdiyi müsahibədə İ.Əliyev qeyd edib ki, 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında ticarətin həcmi 144 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.

Əməkdaşlıq çərçivəsində həmçinin hər iki ölkədə layihələri maliyyələşdirmək üçün 2023-cü ildə 500 milyon dollar kapitalla yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti fəaliyyətini davam etdirir.

Səfər çərçivəsində Azərbaycan şirkətlərinin iştirakı ilə bank sahəsi, tikinti, təhsil, yanacağın pərakəndə satışı, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı sahələrində layihələrə start verilib və onların açılışı olub. Bu layihələr arasında gips istehsalı zavodu, iki STEAM məktəbi, SOCAR-ın planlaşdırılan beş yanacaqdoldurma məntəqəsi və gümüş tərkibli filizin emalı müəssisəsi var.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir