Sabiq deputat, təhsil eksperti Etibar Əliyev sosial media hesabında Nabranda yerləşən istirahət mərkəzlərindən birində müştəriyə qarşı kobud rəftar və antisanitariya olduğunu iddia edib.O bildirib ki, tələbə yoldaşı, Almaniyada yaşayan alim və müəllim Rəna Cəfərova Nabranın “Star” istirahət mərkəzində üç günlük istirahət zamanı xoşagəlməz hallarla qarşılaşıb.

Etibar Əliyevin sözlərinə görə, gün ərzində 100 manat ödəniş edilən mərkəzdə Rəna Cəfərova ilk gündən antisanitariya və xidmət səviyyəsindən narazılığını bildirib və geri qayıtmaq üçün ödədiyi məbləğin qaytarılmasını tələb edib.

İddialara əsasən, müştərinin pulunun geri qaytarılması əvəzinə ona “kimə istəyirsən şikayət edə bilərsən” deyilib.

Etibar Əliyev aidiyyəti qurumları məsələni araşdırmağa çağırıb.

Screenshot

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir