Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Ermənistan parlamentinin nümayəndəsi Ruben Rubinyan arasındakı danışıqların təfərrüatları iki ölkə arasında yeni diplomatik gərginliyin yaranmaqda olduğunu göstərir.Musavat.com xəbər verir ki, Erməni tərəfinin təşəbbüsü ilə baş tutan görüşdə Matviyenko Rusiya vətəndaşlarının üçüncü ölkələrin sorğuları əsasında Ermənistanda sistemli şəkildə saxlanılması praktikasından ciddi narahatlıq ifadə edib.

O, vəziyyət dəyişməyəcəyi təqdirdə Rusiyanın öz vətəndaşlarına Ermənistana səfər etməkdən çəkinməyi tövsiyə etməyə məcbur qalacağını bildirib.

Rusiya-Ermənistan münasibətlərini “biristiqamətli küçə” kimi səciyyələndirən Federasiya Şurasının sədri qeyd edib ki, İrəvandan Moskvanın əhəmiyyətli olması ilə bağlı səslənən bəyanatlar real əməllərlə üst-üstə düşmür. Buna baxmayaraq, tərəflər parlamentlərarası əməkdaşlığın perspektivlərini, o cümlədən yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan İkitərəfli Əməkdaşlıq Üzrə Parlamentlərarası Komissiyanın işinin bərpasının vacibliyini də müzakirə ediblər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir