Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğannin Səudiyyə Ərəbistanına səfəri ilə əlaqədar prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz icra edəcək.Bununla bağlı qərar Resmi Gazetedə dərc olunub. Qərara əsasən, Ərdoğanın səfərdən qayıdışına qədər prezident səlahiyyətləri Türkiyə Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq Cevdet Yılmaz tərəfindən yerinə yetiriləcək.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

