Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin olunub.E.Mehdiyevin namizədliyi rəsmi olaraq XİN tərəfindən irəli sürülüb.

BMT Baş katibinin təyinatı ilə sözügedən Məşvərət Qrupuna Azərbaycandan əlavə Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika Respublikası və İsveçin namizədləri üzv olublar. 3 il müddətinə təyin olunmuş ümumilikdə 23 üzvdən ibarət olan və ildə iki dəfə toplanan Məşvərət Qrupu BMT Baş katibinə humanitar fəaliyyətlər, o cümlədən CERF-in işi ilə bağlı müvafiq tövsiyələr verirlər.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavininin rəhbərliyi altında fəaliyyət göstərən CERF dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların aradan qaldırılması üçün təcili maliyyə yardımının göstərilməsini bilavasitə təşkil edən BMT-nin əsas qurumlarından biridir.

Azərbaycan nümayəndəsinin qeyd edilən quruma təyin olunması ölkəmizin donorluq fəaliyyətinin uğurunun və beynəlxalq birlik tərəfindən təqdir olunmasının göstəricisidir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir