Ölkəmizin müxtəlif bölgələrində yaşayan həssas qrup vətəndaşların müraciət imkanlarını asanlaşdırmaq məqsədilə Dövlət Miqrasiya Xidməti regionlarda səyyar xidmətlər göstərir.Son səyyar reydlər zamanı Yevlax, Ağsu, Gəncə və Lənkəran regional idarələrinin əməkdaşları Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Şamaxı, İsmayıllı, Kürdəmir, Göyçay, Ağstafa və Lənkəranda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə yaşama icazəsi vəsiqələrini təqdim edib və sənədlərin qəbulu təmin olunub.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın