Rusiyanın İstintaq Komitəsi Donetskdə xəstəxanaya pilotsuz uçuş aparatının (PUA) zərbəsindən sonra terror aktı maddəsi ilə cinayət işi açıb.Məlumata görə, avqustun 5-də Donetskin Kiyev rayonundakı tibb müəssisəsinə endirilən zərbə nəticəsində bir qadın həlak olub, iki nəfər isə yaralanıb. Rusiya tərəfi hücumun mülki tibb müəssisəsini hədəf aldığını bildirib. Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

