Türkiyəli müğənni Deniz Seki evində yıxılaraq sol bud-çanaq nahiyəsindən xəsarət alıb. O, avqustun 10-da Acıbadem Maslak Xəstəxanasında əməliyyat olunub.Xəstəxanadan verilən məlumata görə, əməliyyat uğurlu keçib və Seki-nin səhhəti yaxşıdır. Müğənni bu gün ayağa qaldırılaraq dəstəklə yeridilib. Onun 5-6 gün ərzində xəstəxanadan buraxılması planlaşdırılır.
Hadisənin Seki-nin evində pişik və itlərinə yem verərkən sürüşkən döşəmədə ayağının sürüşməsi nəticəsində baş verdiyi bildirilib.
Müğənninin balkondan yıxıldığı barədə yayılan xəbərlər isə təkzib edilib. Xəstəxananın açıqlamasına əsasən, Seki evin daxilində yıxılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

