Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır. Millət vəkili Ceyhun Məmmədov YENİFİKİR.media-ya açıqlamasında bu görüşün Azərbaycan-ABŞ münasibətlərinə necə təsir göstərə biləcəyinə dair fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu günə qədər Azərbaycan-ABŞ münasibətlərində müəyyən gərginlik müşahidə olunurdu:

“Bizə qarşı mövcud olan qərəzli və ikili standartlara əsaslanan yanaşmalar bu gərginliyin yaranmasına səbəb olmuşdu. Lakin indi münasibətlərimiz yeni bir mərhələyə daxil olub. Azərbaycan-ABŞ əlaqələri daha da güclənir, möhkəmlənir və hesab edirəm ki, bu səfər qarşılıqlı münasibətlərimizin inkişafına mühüm töhfə verəcək.”

Millət vəkili qeyd edib ki, iki ölkə arasında münasibətlər yeni bir dövrə qədəm qoyur:

“Biz bu dəyişikliklərin ciddi nəticələrini müşahidə edəcəyik. Bu, eyni zamanda ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərə öz təsirini göstərəcək.”

Ceyhun Məmmədovun fikrincə, bütün bu proses mühüm və ciddi bir addım kimi qiymətləndiriləcək:

“Qarşılıqlı əlaqələrin tənzimlənməsi istiqamətində önəmli rol oynayacaq. Beləliklə, münasibətlərimiz tamamilə yeni bir mərhələyə qədəm qoyur.”

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir