Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyindən verilən məlumata görə, tərəflər arasında tərəfdaşlıq münasibətləri, enerji tə təhlükəsizliyi məsələləri və bu sahədə birgə tədqiqatların perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin (NATO ENSEC COE) direktoru Kazokasın Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.

Məlumatda qeyd olunur ki, oktyabrın 7-də Kazokasın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda bir sıra mühüm görüşlər keçirib:

“Səfər çərçivəsində NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BM TM), Multikulturalizm Mərkəzi və digər dövlət strukturlarının nümayəndələri ilə görüşlər keçirib”.

Bu görüşlər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu və NATO ilə bu istiqamətdə strateji məsləhətləşmələrin vacibliyini növbəti dəfə nümayəndə heyətinin diqqətinə çatdırıb.

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın