Antalyanın Manavqat rayonu, Kavaklı məhəlləsində ailə mübahisəsi zamanı oğul atasını bıçaqlayıb. İddiaya görə, Hasan Ü. həyat yoldaşı Rabia Ü.-yə əl qaldırıb. Oğlu Yusuf Ü. anasını qorumaq valideynləri ilə olan münaqişəyə müdaxilə edib.
Münaqişə zamanı ailə başçısının hücumu davam etdirməsi nəticəsində oğul Yusuf Ü. onu bıçaqlayıb. Yaralı ata xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu və həyati təhlükəsinin olduğunu bildiriblər.Hadisədən sonra saxlanılan Yusuf Ü. məhkəmənin qərarı ilə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir