Almaniyanın Baden-Vürtemberq, Bavariya və Hessen torpaqlarında fermerlər yem çatışmazlığı səbəbindən mal-qaranı kəsməyə məcbur qalırlar. Buna səbəb anomal istilər və quraqlıqdır. Bu barədə DPA agentliyi məlumat yayıb.Baden-Vürtemberq Fermerlər Assosiasiyasının məlumatına görə, fermerlərin yem ehtiyatları ilin bu dövrü üçün normal göstəricidən 30-40 faiz azalıb. Bəzi bölgələrdə artıq heyvan kəsim məntəqələrinin qarşısında növbələr yaranıb.
Bavariyanın Frankoniya, Aşağı Bavariya və Yuxarı Pfalts bölgələrində quraqlıq səbəbindən otlaqlarda yeni ot demək olar ki, bitmir. Regional Kənd Təsərrüfatı Nazirliyi heyvanların otarılması üçün əlavə ərazilər ayırır.
Agentlik Hessen bölgəsində də heyvan yemi çatışmazlığının müşahidə olunduğunu bildirir.
Xatırladaq ki, Robert Kox İnstitutunun məlumatına görə, iyunun 22-dən 28-dək Almaniyada anomal isti hava təxminən 9,6 min nəfərin ölümünə səbəb olub.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

