Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı yeni, 22-ci sanksiya paketinin hazırlanacağını açıqlayıb. O, paketin 2022-ci ildən bəri ən geniş sanksiya paketi olacağını bildirib.

Kallasın sözlərinə görə, yeni məhdudiyyətlərin qəbulundan sonra Aİ-nin sanksiya tətbiq etdiyi Rusiya vətəndaşları və təşkilatlarının sayı təxminən üçdə bir artacaq.

Onun sözlərinə görə, Brüssel Rusiyaya qarşı sanksiya təzyiqini artıq bu ilin payızında gücləndirməyi planlaşdırır.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyaya qarşı yeni sanksiya paketlərinin hazırlanacağını açıqlamışdı. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiyanın hərbi sənayesinə, maliyyə sektoruna və sanksiyalardan yan keçməyə kömək edən vasitəçilərə yönələcək.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir