ABŞ-da sənaye istehsalı iyul ayında aylıq müqayisədə 0,2 faiz artıb. Bazar gözləntisi isə 0,3 faiz təşkil edirdi.ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul ayına dair sənaye istehsalı və güc istifadəsi göstəricilərini açıqlayıb.
Məlumata görə, sənaye istehsalı illik müqayisədə 1,1 faiz yüksəlib. Emal sənayesində istehsal isə gözləntilərə uyğun olaraq 0,2 faiz artıb.
Ölkədə istehsal güclərindən istifadə səviyyəsi iyulda 0,1 faiz bəndi yüksələrək 76,3 faizə çatıb. Bu, son bir ilin ən yüksək göstəricisidir.
Bununla belə, göstərici 1972-2025-ci illər üzrə uzunmüddətli orta səviyyədən 3,1 faiz bəndi aşağı olub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

