Türkiyə iqtisadiyyatının 2026-cı ilin ikinci rübündə illik 2,9 faiz, rüblük əsasda isə 0,9 faiz böyüməsi gözlənilir.
Matriks Haber-in 10 iqtisadçı arasında keçirdiyi sorğunun nəticələrinə görə, 2026-cı il üzrə iqtisadi artım proqnozu 3 faiz təşkil edir. Əvvəlki sorğuda bu göstərici 3,3 faiz idi.
İqtisadçıların 2026-cı il üçün artım proqnozları 2,5-3,5 faiz, 2027-ci il üçün isə 3,1-4,6 faiz arasında dəyişir. 2027-ci ildə Türkiyə iqtisadiyyatının 4 faiz böyüməsi gözlənilir.
Qeyd edək ki, Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz, 2026-cı ilin ilk rübündə isə 2,5 faiz böyüyüb.
2026-cı ilin ikinci rübünə dair ÜDM göstəriciləri Türkiyə Statistika Təşkilatı tərəfindən 31 avqust saat 10:00-da açıqlanacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

