Pakistan Təsdiqlədi: Səudiyyə Ərəbistanına qoşun yeridilib, “Məkkə Sazişi” işə düşdü

Pakistan Silahlı Qüvvələri, Yəməndəki husilərin artan zərbələri fonunda Səudiyyə Ərəbistanı ərazisində öz hərbi kontingentini yerləşdirdiyini rəsmən bəyan edib. Bu sensasion bəyanatla Pakistan ordusunun rəsmi nümayəndəsi Çaudhri CNN-ə müsahibəsində çıxış edib.

“Pakistan qoşunları artıq oradadır”

Ordu rəsmisi qoşunların krallıq ərazisində olduğunu qətiyyətlə vurğulayıb: “Pakistan qoşunları artıq oradadır. Bunu sizə təsdiq edə bilərəm”. Lakin Çaudhri qeyd edib ki, Səudiyyə Ərəbistanındakı pakistanlı hərbi qulluqçuların dəqiq sayı və onların operativ imkanlarının spektri dövlət sirri statusundadır, buna görə də bu məlumatlar ictimaiyyətə açıqlanmır.

 “Məkkə Sazişi” və Kollektiv Təhlükəsizlik

Məlumata görə, bu addım iki ölkə arasında mövcud olan birgə müdafiə haqqında Məkkə sazişi çərçivəsində atılıb. Çaudhrinin sözlərinə görə, bu pakt kollektiv təhlükəsizlik mexanizmi kimi fəaliyyət göstərir. Sazişin əsas prinsipi budur ki, “iştirakçılardan birinə hücum, hamıya hücum kimi qiymətləndirilir”.

Pakistan Yəməndə döyüşəcəkmi?

Pakistan ordusunun Yəmən ərazisindəki birbaşa döyüş əməliyyatlarında iştirakı məsələsi hələlik açıq qalır. Çaudhri bu barədə verilən sualdan yayınıb. O izah edib ki, hərbi münaqişə şəraitində dövlətlər öz taktik planlarını və qüvvələrin tətbiqi mexanizmlərini açıqlamırlar.

Bununla belə, İslamabadın rəsmi mövqeyi ondan ibarətdir ki, Pakistan ordusunun krallıqdakı istənilən fəaliyyəti “müstəsna olaraq müdafiə xarakteri” daşıyacaq.

Regional geosiyasət: ABŞ-İran qarşıdurması

Regiondakı ümumi geosiyasi gərginliyə toxunan Pakistan komandanlığının nümayəndəsi bildirib ki, İslamabad diplomatik səylərini dayandırmır. Pakistan gərginliyi azaltmaq və xüsusilə ABŞ ilə İran arasındakı qarşıdurmanı danışıqlar yolu ilə bitirəcək sülh sazişinə nail olmaq üçün israr etməyə davam edir.

Reaksiyalar:

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın