UEFA prezidenti Aleksander Çeferin FIFA prezidenti Gianni İnfantinonu tənqid etsə də, onun yerinə keçmək üçün mübarizə aparmayacağını açıqlayıb.Çeferin bildirib ki, UEFA-da işləməyi sevir və FIFA prezidentliyinə maraq göstərmir. Onun sözlərinə görə, bu vəzifəyə namizəd olmaması etibarlılığını daha da artıracaq.
FIFA prezident seçkiləri 2027-ci ilin martında keçiriləcək. 2016-cı ildən quruma rəhbərlik edən İnfantinonun yenidən namizəd olacağı gözlənilir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

