Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani İsrail ilə təhlükəsizlik razılaşması üzrə danışıqların yaxın zamanda yenidən başlayacağını gözlədiklərini bildirib.Şeybani Reuters-ə açıqlamasında İsraili mövcud vəziyyəti “tarixi fürsət” kimi dəyərləndirməyə çağırıb. O, Dəməşqin diplomatiya və sülhə açıq olduğunu, lakin hazırkı şəraitdə İsrailə etibar etmədiklərini deyib.

Nazirin sözlərinə görə, Suriyanın əsas tələbi İsrailin ölkəyə qarşı hərbi hücumlarını dayandırması və Suriya ərazisindəki qüvvələrini geri çəkməsidir.O, tərəflər arasında etimadın yaradılması üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.

Şeybani İsrailin avqustun 18-də İdlib yaxınlığındakı Əbu əl-Duhur aviabazasına zərbələrindən sonra tərəflər arasında təmasların dayandığını bildirib. İsrail zərbələri aviabazanın uçuş enmə zolağı və digər obyektlərinə endirib.Suriyalı nazir hücumdan əvvəl İsrail tərəfinə Əbu əl-Duhurda Türkiyə hərbi bazası yaradılmayacağı barədə məlumat verildiyini bildiribŞeybaninin sözlərinə görə, aviabazada aparılan işlər Suriya Hərbi Hava Qüvvələrinin istifadəsi üçün təmir və bərpa edilib.Şeybani Suriyanın hərbi təlim və əməkdaşlıq sahəsində Türkiyənin dəstəyindən yararlandığını, lakin bu əməkdaşlığın yalnız Ankara ilə məhdudlaşmadığını bildirib.Onun sözlərinə görə, İordaniya, Səudiyyə Ərəbistanı və digər ölkələrlə də hərbi əməkdaşlıq həyata keçirilir.

Razılaşmanın əsas şərtləri

Şeybaninin açıqlamasına əsasən, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər 2026-cı ilin əvvəlində mümkün təhlükəsizlik razılaşmasının bəzi müddəaları üzrə ilkin razılığa gəliblər. Lakin yekun razılaşma əldə olunmayıb.

Layihədə İsrailin Suriyaya hücumlarını dayandırması, ölkənin daxili işlərinə müdaxilə etməməsi və Suriya ərazisindəki qüvvələrini geri çəkməsi nəzərdə tutulur.

Bundan başqa, İsrail sərhədinə yaxın ərazilərdə müxtəlif təhlükəsizlik zonalarının yaradılması planlaşdırılır. Bu zonalardan birinin BMT qüvvələrinin nəzarətində olan tampon bölgə olması, digər ərazilərdə isə müəyyən sayda Suriya hərbçisinin yerləşdirilməsi nəzərdə tutulur.

Şeybani razılaşmanın indiyədək əldə olunmamasına görə İsrailin mövqeyini tənqid edib və Tel Əvivdə razılaşmaya nail olmaq üçün kifayət qədər siyasi iradə görmədiklərini bildirib.

İsrail isə Suriya hakimiyyətinin əvvəlki təhlükəsizlik razılaşmalarını pozduğunu və Türkiyənin Suriyadakı hərbi fəaliyyətinin İsrail üçün təhlükə yaratdığını iddia edir.
Qeyd edək ki, avqustun 23 də ABŞ ın vasitəçiliyi ilə Suriya və İsrail nümayəndələri İordaniyada yüksək səviyyəli görüş keçiriblər.Görüşdə gərginliyin azaldılması və təhlükəsizlik danışıqlarının bərpası məsələləri müzakirə olunur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir