Somali Prezidenti Həsən Şeyx Mahmud Türkiyənin ölkəsinə dəstəyini yüksək qiymətləndirib.Mahmud Türkiyənin Somaliyə yalnız maliyyə yardımı göstərmədiyini, “balıq vermək əvəzinə, balıq tutmağı öyrətdiyini” deyib.
O, Türkiyənin təhsil, səhiyyə, təhlükəsizlik və təbii sərvətlərin araşdırılması sahələrində Somaliyə mühüm dəstək verdiyini bildirib.
Prezident 2011-ci ildə Rəcəb Tayyib Ərdoğanın Somali səfərinin iki ölkə münasibətlərində yeni mərhələ açdığını qeyd edib.
Mahmud əlavə edib ki, Türkiyə ilə Somali arasındakı əlaqələr gələcəkdə daha güclü tərəfdaşlığa çevriləcək.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

