Cənubi Kipr Rum Administrasiyası (GKRY) ilə Fransa Kipr adası ətrafında birgə axtarış-xilasetmə təlimi keçirib.“CYFRA 04/26” kod adlı təlimdə helikopter daşıyan Fransa hərbi gəmisi, GKRY-yə məxsus hava və dəniz vasitələri, həmçinin “MEDEVAC” tibbi təxliyə xidməti iştirak edib.
Rum mətbuatının yazdığına görə, təlim GKRY-nin öz məsuliyyət zonası olduğunu iddia etdiyi dəniz ərazisində keçirilib. Təlimin məqsədi Fransa ilə GKRY arasında axtarış-xilasetmə sahəsində əməliyyat əməkdaşlığını gücləndirmək olub.
Təlim Fransa və GKRY arasında son illərdə genişlənən hərbi əməkdaşlıq fonunda keçirilib. İyunun 8-də tərəflər Fransa hərbi qüvvələrinin Kiprdə yerləşdirilməsinə imkan yaradan Qüvvələrin Statusu haqqında saziş (SOFA) imzalamışdı.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

