Türkiyənin dəniz döyüşlərində istifadə üçün hazırladığı yeni nəsil texnologiyalardan biri olan TUFAN Kamikadze İnsansız Dəniz Aparatı (İDA) ilk dəfə suya endirilib.

ASELSAN tərəfindən hazırlanan TUFAN TEKNOFEST Mavi Vatan çərçivəsində Gölcük Tərsanə Komandanlığında nümayiş olunur.

ASELSAN-ın sosial media hesabında yayımlanan açıqlamada TUFAN-ın ilk dəfə suya buraxıldığı bildirilib. Şirkət aparatı “dəniz döyüşlərində oyunun qaydalarını dəyişdirən” texnologiya kimi təqdim edib.

TUFAN avqustun 20-dən 23-dək Gölcük Tərsanə Komandanlığında keçirilən TEKNOFEST Mavi Vatan çərçivəsində ziyarətçilərə nümayiş etdiriləcək.

Tədbirdə Türkiyənin dənizçilik və müdafiə sənayesi sahəsində hazırladığı müxtəlif platforma və sistemlər də təqdim olunur.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir