ABŞ-ın Kaliforniya ştatında keçirilən dünyanın ən çirkin iti müsabiqəsinin qalibi Cinni Lu adlı 6 yaşlı mops olub. Bu barədə The New York Times məlumat yayıb.

50-ci dəfə keçirilən müsabiqə Santa-Rozada baş tutub. Cinni Lu yarışda dördüncü cəhdində qalib gəlib. Onun dili daim çöldə olur və təşkilatçıların sözlərinə görə, başqa itlərin yemək qabına dilini salmağı xoşlayır. O, həmçinin mətbəxdəki stulların üzərinə çıxmağı və güzgüdəki əksinə hürməyi sevir.

Münsiflər Cinni Lunu yalnız görünüşünə görə deyil, həyat hekayəsinə görə də seçiblər. İt Cənubi Koreyanın dağlıq ərazisində şaxtalı havada taxta yeşiyin içində tapılıb.

Qələbə Cinni Lunın sahibinə 5 min dollar pul mükafatı, kubok, Nyu-Yorka səfər və “Today” şousunda çıxış etmək imkanı qazandırıb. Bundan əlavə, it məhdud sayda istehsal olunacaq it yeməyi qablaşdırmalarında da yer alacaq.

İkinci yeri çihuahua qarışığı olan albinos pomeran, üçüncü yeri isə damağı yarıq olan çihuahua qarışığı tutub.

Dünyanın ən çirkin iti müsabiqəsi Kaliforniyanın Petaluma şəhərində 1971-ci ildən keçirilir. Müsabiqənin əsas məqsədi heyvanların gözəlliyinin xarici görünüşlə deyil, sahiblərinə bəxş etdikləri sevgi və xoşbəxtliklə ölçüldüyünü göstərməkdir.

2025-ci ildə müsabiqənin qalibi Petuniya adlı buldoq olmuşdu.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir