ABŞ Konqresinin üzvü Anna Paulina Luna Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Onun sözlərini RİA Novosti yayıb.
“Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə ümid edirik”, – Luna deyib.
Konqresmen Moskva ilə Vaşinqton arasındakı münasibətlərin inkişafını da müsbət qiymətləndirib. Onun sözlərinə görə, Rusiya və ABŞ arasında diplomatik münasibətlər “müsbət istiqamətdə inkişaf edir”.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Lunanın yenidən seçilməsini dəstəklədiyini açıqlayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

