Florida Atlantik Universitetinin alimləri müntəzəm olaraq ultraişlənmiş qidalar qəbul edən kişilərdə prostat xərçəngi riskinin daha yüksək olduğunu müəyyən ediblər.

Tədqiqatçılar 2003–2023-cü illərdə NHANES milli sağlamlıq araşdırmasında iştirak edən 18 yaşdan yuxarı 17 024 kişinin məlumatlarını təhlil ediblər. Nəticələrə görə, belə qidalardan daha çox istifadə edən kişilərdə prostat xərçəngi riski təxminən 29–30 faiz yüksək olub.

Ultraişlənmiş qidalara qazlı və şəkərli içkilər, kolbasa və digər emal olunmuş ət məhsulları, çips və digər qəlyanaltılar, hazır səhər yeməkləri, fast-food və çoxsaylı əlavələrdən istifadə edilərək hazırlanan sənaye məhsulları daxildir.

Ən yüksək istehlak qrupunda risk 34 faiz çox olsa da, bu nəticə statistik baxımdan əhəmiyyətli hesab edilməyib.

Alimlər mümkün səbəblər arasında maddələr mübadiləsinin pozulması, xroniki iltihab, oksidləşdirici stress və bağırsaq mikroflorasında dəyişiklikləri göstərirlər.

Bununla belə, tədqiqat müşahidə xarakterlidir və ultraişlənmiş qidaların birbaşa prostat xərçənginə səbəb olduğunu sübut etmir.

Daha əvvəl aparılan araşdırmalarda hətta az miqdarda alkoqol qəbulunun belə xərçəng riskini artıra biləcəyi müəyyən edilmişdi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir