ABŞ və Yaxın Şərqdəki tərəfdaşları birgə zərbə dronları qrupu yaratmağı planlaşdırır. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Falcon Strike adlandırılan yeni proqram çərçivəsində ölkələrlə məsləhətləşmələrə və əməkdaşlığa dəvət prosesinə artıq başlanılıb.
CENTCOM bildirib ki, regional tərəfdaşların proqrama rəsmi qoşulmasından sonra Falcon Strike əməliyyat qrupu Yaxın Şərqdə zərbə dronlarının imkanlarını genişləndirəcək.
ABŞ və Yaxın Şərq ölkələri arasında bu sahədə əməkdaşlığın “çoxmillətli çəkindirmə potensialı” yaradacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın “George Washington” aviadaşıyıcısını “Abraham Lincoln” gəmisini əvəzləmək üçün Yaxın Şərqə göndərməyi planlaşdırdığı bildirilmişdi.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

