Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün saat 16:00-da DEM Partiyasının İmralı heyətini Beştəpədə qəbul edəcək.
Pərvin Buldan və Mithat Sancardan ibarət heyətlə görüşdə Türkiyə parlamentində qəbul edilən “Milli həmrəyliyin və ictimai inteqrasiyanın gücləndirilməsi haqqında” qanunun icrası və bundan sonrakı proses müzakirə olunacaq.
Görüşdən əvvəl açıqlama verən Buldan və Sancar prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin İmralıya yenidən səfər etməyi və parlamentdə “izləmə komissiyası” yaradılmasını planlaşdırdıqlarını bildiriblər.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

