Yay aylarında dəri törəmələri daha çox nəzərə çarpır və insanlar şübhəli xalların götürülməsi barədə daha çox düşünürlər.Həkimlər bildirirlər ki, şübhəli dəri törəmələrinin çıxarılması üçün payız-qış ayları daha əlverişli hesab olunur. Lakin hər hansı törəmə narahatlıq yaradırsa, həkimə müraciəti təxirə salmaq olmaz.
Mütəxəssis müayinə zamanı törəmənin təcili çıxarılmasına ehtiyac olub-olmadığını müəyyən edir. Diaqnostika üsullarından biri dermatoskopiyadır. Onkoloji prosesdən şübhələnildikdə isə pasiyent histoloji müayinə üçün onkoloji dispanserə yönləndirilir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


