55 yaşlı Dağıstan sakini ov zamanı vəhşi donuzlara atəş açarkən ehtiyatsızlıqdan bir kişini güllələyib.Hadisə “Kayakentski” dövlət təbiət qoruğunda baş verib. Ovçu atəş açdığı istiqamətdə insanların olmadığından əmin olmayıb. Atəşlərdən biri yaxınlıqda olan kişinin başına dəyib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.
Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, ov tüfəngi qanuni şəkildə ovçunun adına olub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

