Polşa Prezidenti Karol Navrotski Baltik dənizinin NATO-nun “daxili su hövzəsi” hesab edilməməli olduğunu bildirib.Navrotski bu barədə avqustun 12-də Qdınya şəhərində Polşa Hərbi Dəniz Qüvvələri üçün inşa edilən üç freqatdan birincisinə “Vixr” adının verilməsi mərasimində çıxış edərkən danışıb.
Onun sözlərinə görə, son illərdə və aylarda Baltik dənizinin NATO-nun daxili dənizinə çevrildiyi barədə təsəvvür yaranıb. Lakin prezident bu yanaşmanın tam doğru olmadığını vurğulayıb.
Navrotski qeyd edib ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra bəzi polşalı siyasətçilər Baltik dənizinin faktiki olaraq alyansın daxili dənizinə çevrildiyini bildiriblər.
Polşa prezidenti bildirib ki, Baltik dənizinin coğrafi mövqeyi onun siyasi və hərbi statusunun tamamilə dəyişməsi demək deyil. O, regionda Rusiyanın Kalininqrad vilayətinin və Rusiya hərbi-dəniz qüvvələrinin də mövcud olduğunu diqqətə çatdırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

