Moskvada metro keçidində 2012-ci il təvəllüdlü uşağı itələyən kişi saxlanılıb.Hadisə “Peçatniki” stansiyasının keçidində baş verib. İlkin məlumata görə, 1974-cü il təvəllüdlü kişi oğlanı arxadan itələyib. Uşaq yıxılaraq üzündən və dizindən xəsarət alıb.
Polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlinin kimliyini müəyyənləşdirərək onu Leninski prospektindəki yaşayış yerində saxlayıblar. Onun əvvəllər məhkum olunduğu bildirilib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 116-cı (“Döymə”) maddəsi ilə cinayət işi açılıb. Şübhəli barəsində ölkədən çıxmamaq və lazımi davranış barədə iltizam qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan əvvəl Moskvada metroda yaşlı kişiyə hücum edən əcnəbi də saxlanılmışdı. Mübahisə “Turqenevskaya” və “Çistıye Prudı” stansiyaları arasındakı keçiddə baş verib. Nəticədə yaşlı kişi qolunu sındırıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

