“Bazarstore” mağazalar şəbəkəsinin Yasamal rayonu, Qələbə dairəsində yerləşən filialından şikayət var.Medialive.az-a müraciət edən şəxs bildirib ki, avqustun 6-da sözügedən mağazaya daxil olub.
Alış-veriş edərkən şirniyyat bölməsində kuryoz mənzərə ilə rastlaşıb. Belə ki, müştəri şirniyyat almaq istəyərkən vitrində pişik görüb.
Həmin anları lentə alan müştəri bu cür hadisənin qeyri-estetik və natəmizlik olduğunu bildirib.
Xoşagəlməz halla bağlı mağazalar şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.
Sözügedən fotonu təqdim edirik:

Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

