ABŞ Prezidenti Donald Trump “doğum turizmi” məqsədilə ölkəyə gələn əcnəbilərə qarşı ömürlük giriş qadağasını nəzərdə tutan fərman imzalayıb.Sənədə əsasən, ABŞ Dövlət katibi və Daxili Təhlükəsizlik naziri vizaların və ölkəyə giriş icazələrinin ləğvi, həmçinin “doğum turizmi” sxemlərində iştirak edən əcnəbilər üçün müddətsiz giriş qadağasının tətbiqi ilə bağlı zəruri tədbirlər görməlidirlər.Fərmanda qeyd olunur ki, bu tədbirlər ABŞ ərazisində doğulan uşağın avtomatik vətəndaşlıq alması məqsədilə ölkəyə gələn və ya gəlməyə cəhd göstərən şəxslərə şamil ediləcək.

Qərar iyunun 30-da ABŞ Ali Məhkəməsinin Trampın ABŞ-da doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsinin ləğvi ilə bağlı əvvəlki təşəbbüsünü bloklamasından sonra qəbul edilib. Bundan sonra ABŞ Ədliyyə Nazirliyi yalnız uşağın doğulması məqsədilə turist vizası ilə ölkəyə girişin federal qanunvericiliyin pozulması olduğunu bildirərək, bu cür sxemləri təşkil edən şəxslərin məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir